Texnologiya və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi-də “Şəxsi inkişaf və karyera planlaması” modulu çərçivəsində modul müəllimi Əhmədova Əminə və mərkəzin Karyera xidməti üzrə mütəxəssis Məmmədova Sevincin birgə əməkdaşlığı ilə “CV-nin hazırlanması” mövzusunda dərs keçirilmişdir.📄

Dərs zamanı tələbələrə düzgün CV hazırlanması qaydaları, əmək bazarında özünü təqdimetmə bacarıqları və peşəkar inkişaf istiqamətində vacib məqamlar barədə ətraflı məlumat verilmişdir. İnteraktiv formada təşkil olunan dərs tələbələrin praktiki biliklərinin artırılmasına və gələcək karyera planlamalarına dəstək məqsədi daşımışdır.📋📃
#cvhazırlanması #peşətəhsili #modul #texnika #texnologiya