Bizim gizli qəhrəmanlar-hər uğurlu tədbirin arxasında alqışlar kəsildikdən və işıqlar söndükdən sonra belə yorulmadan çalışan bir komanda dayanır. Biz səhnədə parlayan nəticəni görsək də, o nəticənin mümkün olan əsil qüvvə günlərlə, saatlarla zəhmət çəkən, hər detalda izi olan o gizli qəhrəmanlarımızdır💪🏻. İstehsalat təlim ustalarımız Bəybala müəllim, İlahi müəllim bu hikayənin ən möhkəm sütunlarıdır. Onlar sadəcə təlim keçmir, hər bir tədbirin texniki və istehsalat tərəfini öz peşəkarlıqları ilə sığortalayırlar. Onların təcrübəli əlləri və hər işə qoyduqları ürək tədbirlərimizin keyfiyyət möhürüdür. Ustadın zəhməti hər zaman hər detallda özünü biruzə verir.
İnzibati bölməmizin zəhmətkeş qızları- Onlar prosesin görünməyən beyinidir. 🧠
Sənədləşmədən tutmuş təşkilati işlərin ən xırda nöqtəsinə qədər hər şeyi qaydaya qoyan, nizam-intizamı və estetik görünüşü təmin edən məhz onlardır. Onların enerji və diqqəti olmasa, ən böyük layihələr belə yarımçıq qalardı✨. Bu insanlar sahənin önündə olmaya bilərlər. Onların adları hər zaman mikrafondan uca səslə deyilməyə bilər, sizlər bizim qazandığımız hər bir nailiyyətin əsl müəlliflərisiniz. Çünki əsl qəhrəmanlıq heç bir alqış gözləmədən işini ən mükəmməl şəkildə görməkdir. Yaxşı ki, varsınız.🩵
#gizliqəhrəmanlar #peşətəhsili #inzibatiheyət #texnika #texnologiya
Bizim gizli qəhrəmanlar-hər uğurlu tədbirin arxasında alqışl
← Xəbərlərə qayıt
Foto və Video Qalereya